İnsanlara hürriyət, millətlərə istiqlal!

Danimarka Trampın gecə bəyanatlarına nəzarət üçün “gecə növbəsi” yaratdı

528 28.11.2025 20:14 Dünya A A

Danimarka hökuməti ABŞ prezidenti Donald Trampın gecə saatlarında səsləndirdiyi açıqlamalara dərhal reaksiya vermək üçün Xarici İşlər Nazirliyi daxilində xüsusi “gecə stajoru / gecə nəzarət xidməti” – “night watch” – yaradıb.

Musavat.com xəbər verir ki, Sistem 17:00-dan etibarən aktivləşir və səhər saat 07:00-da işçilər gündəlik hesabat hazırlayaraq onu hökumətə və digər dövlət qurumlarına göndərirlər.

Məqsəd — Trampın gözlənilməz bəyanatları fonunda Danimarkanın diplomatik addımlarını operativ şəkildə tənzimləməkdir.

Bu addım Grenlandiya qalmaqalından sonra atılıb. Xatırladaq ki, Tramp 2024-cü ildə seçkidən sonra yenidən bəyan etmişdi ki, “ABŞ üçün Grenlandiyaya sahib olmaq tamamilə vacibdir”, bu isə Kopenhagen–Vaşinqton xəttində ciddi gərginlik yaratmışdı.

Danimarka rəsmiləri bildirirlər ki, “gecə stajoru” mexanizmi uzunmüddətli istifadəyə hesablanıb və ABŞ administrasiyasının siyasətində gözlənilən dəyişikliklər fonunda vacib təhlükəsizlik alətinə çevrilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR