Sülh danışıqları uğursuzluqla bitərsə, bu, birbaşa İranın günahı olacaq.
Musavat.com xəbər verir ki, bu xəbərdarlıqla ABŞ Dövlət katibi Marko Rubio "India Today" qəzetinə verdiyi müsahibədə çıxış edib: "Əgər bu halda diplomatiya uğursuz olarsa, bu, ABŞ-ın və ya Körfəz müttəfiqlərimizin günahı olmayacaq. Bu, 100 faiz İranın günahı olacaq. Amma ümid edək ki, danışıqlar nəticə verəcək".
Bunun ABŞ-ın "Epik Qəzəb" əməliyyatını yenidən başlatması demək olub-olmadığı sualına Rubio belə cavab verib:
"Prezident İranın heç vaxt nüvə silahına sahib olmamasını təmin etmək üçün lazım olan hər şeyi edəcəyini açıq şəkildə bildirib".
Rubio həmçinin qeyd edib ki, Tehran Hörmüz boğazını yenidən açarsa, ABŞ İranın nüvə proqramı ilə bağlı danışıqlara başlamağa hazırdır: "Boğazlar dərhal açılmalıdır və sonra razılaşdırılmış parametrlər əsasında zənginləşdirmə, yüksək dərəcədə zənginləşdirilmiş uran və heç vaxt nüvə silahına sahib olmamaq öhdəliyi ilə bağlı çox ciddi danışıqlara başlayacağıq".
Musavat.com






