İnsanlara hürriyət, millətlərə istiqlal!

Davosda dünyaya mesaj: ABŞ prezidenti İlham Əliyevlə niyə təkbətək görüşdü?

1486 24.01.2026 16:17 Siyasət A A

Deputat: “Bu iki mühüm cəhəti ilə səciyyəvi və yüksək qiymətləndirilməli hadisədir”

Davos İqtisadi Forumu başa çatıb. Bu yüksək səviyyəli platformada ABŞ Prezidenti Donald Tramp yalnız iki ölkə rəhbəri ilə təkbətək görüşdü: Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski. Bu fakt Azərbaycan Prezidentinin qlobal səviyyədə artan nüfuzunun və etibarlı tərəfdaş kimi qəbul edilməsinin bariz göstəricisidir.

Picture background 

Millət vəkili Hikmət Babaoğlu da Musavat.com-a açıqlamasında bildirib ki, Davos İqtisadi Forumu bir çox mühüm tarixi hadisələrlə yadda qalıb:
“Onlardan biri də Trampın təşəbbüsü ilə irəli sürülən Sülh Şurasının yaradılması oldu. Bu Forum çərçivəsində daha parlaq və daha çox yadda qalan hadisə Azərbaycan-ABŞ münasibətləri kontekstində qiymətləndirilməlidir. Davos İqtisadi Forumuna gələn ABŞ prezidenti Donald Tramp qlobal liderlər içərisində prezident İlham Əliyevlə təkbətək görüşdü. Bu iki mühüm cəhəti ilə səciyyəvi və yüksək qiymətləndirilməli hadisədir.  Bunlardan birincisi, Azərbaycan-ABŞ münasibətləri kontekstində qiymətləndirilməsidir, ikincisi, bu münasibətləri yaradan və ABŞ-Azərbaycan münasibətlərində yeni talixi səhifə açan liderlərin görüşü kontekstində qiymətləndirilməlidir. Yəni bir gün birtərəfli qaydada dünya siyasətinin əsas kritik məntiqini diktə edən Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampdır və onun Davos İqtisadi Forumunda çoxsaylı dövlət və hökumət başçıları içərisindən görüşmək üçün məqbul hesab etdiyi  Azərbaycan Prezidenti oldu.”

Picture background

Hikmət Babaoğlu qeyd edib ki, Prezidentin həm dövlət idarəçiliyinə, həm sülhyaratma təcrübələri qlobal liderlik kontekstində Donald Tramp tərəfindən yüksək qiymətləndirilir və o, yeni qlobal liderlərin o kiçik ailəsində İlham Əliyevin iştirakını görmək istəyir: "Bu isə heç şübhəsiz ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət, göstərdiyi lider keyfiyyətləri, yaratdığı yeni reallıqlar və yeni dünya nizamı kontekstində dünya siyasətinin və dünyanın gələcək paradiqmalarının nəbzini tutmağı bacarmasından irəli gəlir.  Bu gün geniş mənada regionumuzda, yəni Cənubi Qafqaz, Yaxın Şərq və postsovet regionunda bu böyük coğrafiyanın gələcəyi ilə bağlı Prezident İlham Əliyev söz sahibi statusu qazanıb. Çünki əldə etdiyimiz tarixi zəfər həm postsovet konfliktləri kontekstində bu coğrafiya ilə bağlı olan yeni bir reallıqdır, həm Yaxın Şərq və həm də Balkanlarla münasibət kontekstində elə bir nümunədir ki, bu, gələcək qlobal nizam üçün yeni hüquqi və elmi əsaslar yaradıb".

Millət vəkili qeyd edib ki, hazırda dünya siyasətini təyin edən liderlərin davranışlarına, hətta bəzən onların cəsarət, yeni nümunələr göstərmək cəhdlərinə diqqət edəndə məlum olur ki, onların heç biri Azərbaycan nümunəsi qədər uğurlu olmayıb:

"İstər postsovet məkanında münaqişələrin həll olunması kontekstində, istər Yaxın Şərq konfliktləri və onların həll edilməsi təcrübəsində heç bir təşəbbüs bu qədər uğurlu, bu qədər sülhməramlı, ədalətli və beynəlxalq hüquqa uyğun olmayıb. Ona görə də düşünürəm ki, bu mühüm tarixi hadisə təkcə Azərbaycan-ABŞ münasibətləri kontekstində yüksək qiymətləndirilən hadisə deyil, həm də Azərbaycan Prezidentinin öz gücü, güdrəti ilə gələcək dünya nizamında oynayacağı yer və rolla qiymətlidir".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR