İnsanlara hürriyət, millətlərə istiqlal!

Dramatik sonluq yaşandı və Kanada tarix yazdı-Dünya çempionatında ilk 1/8 finalçı - VİDEO

1756 29.06.2026 00:58 İdman A A

2026-cı il FİFA Dünya Çempionatının pley-off mərhələsində 1/8 finala yüksələn ilk komanda Kanada millisi olub.

Los-Ancelesdə keçirilən 1/16 final qarşılaşmasında mundialın ev sahiblərindən sayılan Kanada Cənubi Afrika Respublikası (CAR) ilə üz-üzə gəlib. Gərgin və mübarizənin ön planda olduğu oyunda hesab uzun müddət açılmayıb. Hər iki komanda ehtiyatlı futbol nümayiş etdirsə də, Kanada daha təhlükəli hücumlar quraraq qələbəyə daha yaxın tərəf təsiri bağışlayıb.

Matçın taleyini əlavə olunmuş vaxtda vurulan qol həll edib. Oyunun 90+2-ci dəqiqəsində Stiven Eustakio fərqlənərək Kanada millisinə 1:0 hesablı qələbə qazandırıb. Bununla da Şimali Amerika təmsilçisi turnirin pley-off mərhələsində adını 1/8 finala yazdıran ilk komanda olub.

Statistik göstəricilərə əsasən, Cənubi Afrika Respublikası topa daha çox – 58 faiz sahib olsa da, Kanada hücumlarda daha məhsuldar çıxış edib. Kanada futbolçuları matç ərzində 12 zərbə, bunlardan 7-si qapıya olmaqla rəqib qapısı önündə təhlükəli vəziyyət yaradıb. CAR isə cəmi 6 zərbə, onlardan yalnız 1-ni qapıya yönəldə bilib.

Kanada həmçinin 4 künc zərbəsi yerinə yetirib, CAR isə cəmi 1 dəfə künc zərbəsi qazanıb. Qayda pozuntularında 16-9 üstün olan Kanada iki sarı vərəqə ilə cəzalandırılıb, Cənubi Afrika Respublikası isə oyunu xəbərdarlıq almadan başa vurub.

Kanada 1/8 final mərhələsində Niderland – Mərakeş cütünün qalibi ilə qarşılaşacaq.

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR