İnsanlara hürriyət, millətlərə istiqlal!

DÇ-2026: Rumıniyanı məğlub edən Türkiyə millisi pley-off finalına vəsiqə qazanıb

1459 26.03.2026 23:22 İdman A A

Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin ilk qarşılaşması keçirilib.

"Report"un məlumatına görə, C yolunda Türkiyə millisi İstanbulda Rumıniya ilə üz-üzə gəlib.

"Beşiktaş Park" stadionunda keçirilən qarşılaşmada Türkiyə milisi Rumıniyanı 1:0 hesabı ilə məğlub edib. Matçın qalibiyyət qolunu 53-cü dəqiqədə Ferdi Kadıoğlu atıb.

Qeyd edək ki, yarımfinal və final mərhələsi bir oyundan ibarətdir. Həlledici görüşlər martın 31-də baş tutacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR