İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəhşətli qəza sonrası avtomobil partladı - VİDEO

873 17.11.2025 11:35 Hadisə A A

Türkiyənin Şanlıurfa vilayətinin Hilvan rayonunda dəhşətli yol qəzası baş verib.

Musavat.com xəbər verir ki, qəza sonrası alovlanan avtomobil bir neçə dəfə partlayıb.

Hadisə anı ətrafdakılar tərəfindən mobil telefonla lentə alınıb.

Avtomobilin sürücüsünün qəzadan sonra hadisə yerindən uzaqlaşdığı bildirilir. Hadisənin dəqiq səbəbləri araşdırılır.

Hadisə yerinə göndərilən yanğınsöndürən və jandarma qrupları alovu nəzarət altına alıb. Lakin avtomobil tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

Hadisə ilə bağlı araşdırma davam edir.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR