İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan seçki üçün Rusiyadan gələn kişilərlə bağlı ŞOK ƏMR

1211 06.06.2026 13:17 Dünya A A

Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərində iştirak etmək üçün Rusiyadan ölkəyə gələn çağırış yaşındakı erməni kişilərin xaricə çıxışına qəti qadağa qoyulması barədə gizli və təcili sərəncam verib.

Musavat.com xəbər verir ki, səs-küylü əmrə əsasən, səsvermə prosesi başa çatdıqdan sonra həmin şəxslərin Ermənistan ərazisini tərk etməsinə icazə verilməyəcək.

Mənbələrin yaydığı məlumata görə, Moskvadan gələn hərbi mükəlləfiyyətli vətəndaşların ölkədə saxlanılması üçün xüsusi plan hazırlanıb. Belə ki, seçkilər bitdikdən dərhal sonra həmin şəxslər "hərbi xidmətə çağırış" və ya "ordu sıralarında xidmətkeçmə" bəhanəsi ilə məcburi şəkildə Ermənistanda saxlanılacaqlar.

Siyasi ekspertlər Paşinyanın bu addımını həm müxalif yönümlü seçicilərin geri qayıtmasının qarşısını almaq, həm də orduda yaranan canlı qüvvə qıtlığını kompensasiya etmək məqsədi daşıdığını iddia edirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR