Ukrayna Təhlükəsizlik Xidməti (UTX) və korrupsiyaya qarşı mübarizə orqanları parlamentin “Gələcəyə Doğru” qrupuna daxil olan deputat Anna Skoroxodun rəhbərlik etdiyi cinayətkar qrupunu ifşa edib.
Musavat.com xəbər verir ki, deputat rüşvət almaqda şübhəli bilinir.
Milli Antikorrupsiya Bürosunun (NABU) məlumatına görə, deputat bir iş adamından 250 min dollar tələb etməkdə ittiham olunur.
İstintaq tədbirləri hələ davam edir. Skoroxod isə açıqlamasında “gizlədiləsi heç nə yoxdur” deyərək, yoxlamanı müxalifət üzərində təzyiq kimi qiymətləndirib.
Musavat.com






