İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatlığa namizəd olmuş Səlim Dadaşov vəfat etdi

1573 13.08.2025 15:52 Hadisə A A

2020-ci ildə deputatlığa namizəd olmuş Səlim Dadaşov vəfat edib.

Musavat.com xəbər verir ki, Səlim Dadaşov bir neçə il idi qaraciyər sirrozundan əziyyət çəkirdi.

Sosial şəbəkələrdə Səlim Milli adı ilə tanınan Səlim Dadaşov müalicə üçün paylaşımlar edərək kömək istəyirdi. Son paylaşımlarında isə artıq müalicələrin heç bir fayda vermədiyini bildirirdi.

Qeyd edək ki, 37 yaşında dünyasını dəyişən Səlim Dadaşov 2020-ci ildə Xətai rayonundan deputatlığa namizədliyini irəli sürmüşdü. Sonra isə namizədliyini Ümid Partiyasının sədri İqbal Ağazadənin xeyrinə geri götürmüşdü.

Allah rəhmət eləsin!

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR