Minsk bütün tələb olunan prosedurları yerinə yetirməsinə baxmayaraq, ABŞ Belarus nümayəndə heyətinə Sülh Şurasının iclasında iştirak etmək üçün viza verməyib.
Musavat.com xəbər verir ki, məlumatı Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidməti TASS-a açıqlayıb. Nazirlik qeyd edib ki, Belarus tərəfi tədbir təşkilatçılarına Prezident Aleksandr Lukaşenkonun qərarına uyğun olaraq ölkəni xarici işlər naziri Maksim Rıjenkovun təmsil edəcəyi barədə dərhal məlumat verib. Xarici İşlər Nazirliyi vurğulayıb ki, bütün zəruri bildirişlər müəyyən edilmiş prosedurlara uyğun olaraq Amerika protokol xidmətlərinə göndərilib və viza müraciətləri əvvəlcədən təqdim edilib: "Lakin bütün tələb olunan prosedurları yerinə yetirməyimizə baxmayaraq, nümayəndə heyətimizə viza verilməyib. Bu vəziyyət təbii olaraq sual doğurur: təşkilatçılar tərəfindən iştirakımızın əsas rəsmiyyətləri belə yerinə yetirilmədiyi təqdirdə hansı sülhdən və hansı ardıcıllıqdan danışa bilərik? Axı ABŞ Prezidenti Donald Tramp tərəfindən Sülh Şurasının iclasında iştirak etmək üçün dəvət əvvəlcə Belarus dövlət başçısına göndərilmişdi. Əlavə şərhə ehtiyac yoxdur".
Musavat.com






