İnsanlara hürriyət, millətlərə istiqlal!

Donbasda "ağrılı kompromis": Zelenski ABŞ-ın "Azad İqtisadi Zona" planına yaşıl işıq yandırdı

567 14.02.2026 17:07 Dünya A A


Donald Tramp administrasiyasının Ukraynadakı müharibəni dayandırmaq üçün hazırladığı 20 bəndlik sülh planının ən mübahisəli detallarından biri məlum olub.

Musavat.com xəbər verir ki, Vaşinqton Donbasın hazırda Ukraynanın nəzarətində olan hissələrində xüsusi hüquqi və vergi rejiminə malik Azad İqtisadi Zona yaradılmasını təklif edib. Zelenski bu təklifi müzakirə etməyə hazır olduqlarını, lakin bunun üçün Rusiyanın da real addımlar atmalı olduğunu bildirib.

ABŞ-ın "Donbas planı" nədən ibarətdir?

Vaşinqtonun təklif etdiyi model Donbası hərbi qarşıdurma poliqonundan beynəlxalq biznes mərkəzinə çevirməyi nəzərdə tutur:

Demilitarizasiya: Ukrayna və Rusiya qoşunlarının hazırkı təmas xəttindən 5-40 km geri çəkilməsi.

Beynəlxalq nəzarət: yaradılan "bufer zona"nın təhlükəsizliyini NATO üzvü olmayan ölkələrin (məsələn, BƏƏ, Qətər və s.) sülhməramlı kontingentinin təmin etməsi.

Vergi cənnəti: Bölgədə Qərb investisiyalarını cəlb etmək üçün "sıfır vergi" rejiminin tətbiqi.

Zelenski: "Biz qaçmadıq, amma sülh üçün danışmağa hazırıq"

Ukrayna lideri vurğulayıb ki, Donbasın taleyi yalnız iqtisadi məsələ deyil, həm də orada yaşayan 200 min ukraynalının təhlükəsizliyi məsələsidir:

"Amerikalılar bu zonanı təklif etdilər. Biz müzakirəyə hazırıq, çünki bu, bəlkə də bərpa üçün mühüm addım olar. Lakin Rusiya nəyə hazırdır? Biz onlardan heç bir kompromis eşitmirik. Onlar bütün Donbası istəyirlər, biz isə bunu qəbul etməyəcəyik".

Rusiya və Ukrayna xalqı bu ideyadan narazıdır

Mənbələrin bildirdiyinə görə, nə Kiyev, nə də Moskva bu ideyadan vəcdə gəlməyib. Ukrayna tərəfi qorxur ki, qoşunlar geri çəkildikdən sonra Rusiya "mülki geyimli" qüvvələrlə həmin zonanı ələ keçirəcək.

Rusiya tərəfi isə Donbasın tam ilhaqını və beynəlxalq səviyyədə tanınmasını tələb edərək, hər hansı "beynəlxalq nəzarət" ideyasını rədd edir.

Zelenski qeyd edib ki, hər hansı bir razılaşma yalnız ümumxalq referendumu və ya seçkilər vasitəsilə təsdiqlənə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR