ABŞ 23 dekabrdan etibarən Çinin "DJI" şirkətinin bütün dronlarının ölkəyə idxalını qadağan edəcək.
Musavat.com xəbər verir ki, qərarın səbəbi olaraq milli təhlükəsizlik riski göstərilir.
Məlumatda bildirilir ki, ABŞ hökumət qurumları DJI cihazlarının toplaya biləcəyi məlumatların üçüncü tərəflərə ötürülməsi ehtimalını, həmçinin strateji infrastruktur və dövlət obyektlərində istifadə zamanı yarana biləcək təhlükələri əsas gətiriblər.
Qadağa həm mülki, həm kommersiya, həm də peşəkar istifadə üçün nəzərdə tutulmuş bütün DJI modellərini əhatə edir. Bu addım ABŞ dron bazarında ciddi boşluq yarada bilər, çünki DJI ölkədə ən çox satılan və ən populyar istehsalçıdır.
Musavat.com






