Fevralın 24-də günorta saatlarında şahid qismində ifadə vermək üçün Dövlət Təhlükəsizlik Xidmətinə aparılan Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, Milli Məclisin sabiq üzvü Gültəkin Hacıbəyli sərbəst buraxılıb.
Musavat.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Qeyd edək ki, G.Hacıbəyli ifadə verdiyi vaxtlarda onun evində axtarış da aparılıb.
Məlumat üçün bildirək ki, sabiq deputat Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə bağlı başlanmış cinayət işi çərçivəsində istintaqa cəlb olunub.
O, fevralın 12-də Türkiyədən Azərbaycana deportasiya olunub. Ötən il noyabrın 30-da İstanbulda yaşadığı evdən polis şöbəsinə, oradan isə Çatalca Geri Göndərmə Mərkəzinə aparılıb.
Cavanşir ABBASLI
Musavat.com






