İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya çempionu ola bilməyən 41 yaşlı Ronaldo elə açıqlamalar verdi ki... – Hər kəs ondan DANIŞIR

1308 07.07.2026 11:59 İdman A A

Kristiano Ronaldo DÇ-2026-nın 1/8 finalında İspaniyaya 1:0 hesabı ilə məğlub olaraq turnirlə vidalaşan Portuqaliya millisinin heyətində çıxış etdikdən sonra jurnalistlərə açıqlama verib.

Musavat.com xəbər verir ki, Dallas stadionunda keçirilən oyundan sonra danışan ulduz futbolçu məğlubiyyətə görə dərin üzüntü hiss etdiyini bildirib.

"Heç kim uduzmağı sevmir. Dünən necə hiss edirdimsə, bu gün də eyni hissləri yaşayıram. Amma futbolçunun həyatı belədir: bəzən qalib gəlirsən, bəzən isə məğlub olursan. Vicdanım rahatdır, qəlbim hüzurludur", - deyə Ronaldo vurğulayıb.

Portuqaliya millisindəki karyerasını başa vurub-vurmayacağı ilə bağlı suala cavab verən Kristiano Ronaldo tələsik qərarlar vermədiyini bildirib:

"Bu barədə düşünmək, ailəmlə məsləhətləşmək, Portuqaliyanın turnirdən kənar qalmasını və şəxsi vəziyyətimi dəyərləndirmək üçün zamana ehtiyacım var. Həmçinin baş məşqçinin qərarını gözləyirəm. O, artıq ayrılacağını açıqlayıb".

Təcrübəli hücumçu aktiv futbol karyerasını başa vurmaq niyyətində olmadığını da xüsusi vurğulayıb. O, özünə daim dəstək olan Səudiyyə Ərəbistanındakı azarkeşlərinə təşəkkür edərək bunları deyib:

"Onların hər zaman yanımda olduqlarını bilirəm. Hamısı mənim böyük azarkeşlərimdir. Dəstəklərini davam etdirsinlər, çünki Kristiano bu gün futbol karyerasını başa vurmur".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR