İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada ilk oldu: avtomobillərdə çıxıntılı qapı tutacaqları qadağan edilir

994 04.02.2026 01:50 Dünya A A

Çin avtomobil sənayesində təhlükəsizliklə bağlı mühüm qərar qəbul edib.

Musavat.com xəbər verir ki, ölkə hakimiyyəti gizli, çıxıntısız və tam elektron qapı tutacaqları olan avtomobillərin istehsalını qadağan edib.

Qərara əsasən, 2027-ci il yanvarın 1-dən etibarən Çində istehsal edilən bütün avtomobillər mütləq mexaniki qapı açma sistemi ilə təchiz olunacaq. Bununla yanaşı, avtomobil salonunun daxilində də qapıların mexaniki şəkildə açılması üçün ayrıca mexanizmin olması məcburi sayılacaq.

Rəsmi açıqlamada bildirilir ki, bu qərar son illər baş vermiş və ölümlə nəticələnən yol-nəqliyyat hadisələrindən sonra qəbul edilib. Həmin qəzalarda elektron və gizli qapı tutacaqlarının sıradan çıxması səbəbindən insanların avtomobildən vaxtında çıxa bilmədiyi hallar qeydə alınıb.

Mütəxəssislər vurğulayırlar ki, xüsusilə elektromobillərdə geniş istifadə olunan bu tip dizayn elementləri estetik baxımdan cəlbedici olsa da, fövqəladə vəziyyətlərdə ciddi təhlükə yaradır.

Qeyd edək ki, Çin dünyanın ən böyük avtomobil bazarlarından biridir və bu qərarın qlobal avtomobil istehsalçılarına da əhəmiyyətli təsir göstərəcəyi istisna edilmir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR