İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın yeni bəlası: süni intellekt...

2206 20.12.2025 02:29 Dünya A A

Süni intellekt texnologiyalarının sürətli yayılması qlobal ekoloji tarazlıq üçün ciddi risklər yaratmağa başlayıb.

Musavat.com xəbər verir ki, alimlərin hesablamalarına görə, bu il neyroşəbəkələr atmosferə 8,5 milyon əhalisi olan Nyu-York şəhəri ilə müqayisə edilə biləcək həcmdə karbon qazı (CO₂) buraxıb. Mütəxəssislər xəbərdarlıq edirlər ki, mövcud tendensiya davam edərsə, 2030-cu ilə qədər süni intellekti dəstəkləyən serverlərin elektrik enerjisi istehlakı indiki səviyyədən təxminən beş dəfə artacaq.

Araşdırmalar göstərir ki, süni intellekt infrastrukturu yalnız enerji baxımından deyil, su resursları baxımından da planetə ağır yük salır. Serverlərin soyudulması üçün istifadə olunan suyun həcmi artıq dünya üzrə qablaşdırılmış içməli suya olan ümumi tələbatla müqayisə ediləcək səviyyəyə çatıb.

Enerji sərfiyyatındakı fərq isə xüsusilə diqqət çəkir. Məlumata görə, ChatGPT-də bir sorğu adi Google axtarışı ilə müqayisədə təxminən on dəfə çox enerji tələb edir. Süni intellekt vasitəsilə min ədəd şəkil yaratmaq üçün sərf olunan enerji isə, az səmərəli bir elektromobilin 10 kilometrlik yürüşünə bərabərdir.

Alimlərin proqnozlarına əsasən, 2025-ci il ərzində süni intellekt sistemlərinin yaratdığı CO₂ emissiyalarının həcmi 32,6 milyon tondan 79,7 milyon tona qədər yüksələ bilər. Bu rəqəmlər texnoloji sıçrayışla yanaşı, süni intellektin qlobal iqlim və resurs təhlükəsizliyi üçün yeni və təhlükəli mərhələyə daxil olduğunu açıq şəkildə göstərir. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR