İnsanlara hürriyət, millətlərə istiqlal!

Elçilikdə oğlan evindən narkotik testi istənməlidirmi? – Bakı sakinlərindən unikal cavablar VİDEO

579 13.01.2026 21:17 Ölkə A A

Türkiyədə bir müddətdir ki, qız atalarının elçilik mərasimində bəy namizədlərindən narkotik testi tələb etdiyi deyilir.

Məlumata görə bu məsələ artıq tək-tük hallardan çıxaraq geniş yayılmış sosial tendensiyaya çevrilib.

Azərbaycanda isə bir neçə ildir ki, evlənmək istəyən cütlüklər üçün icbari tibbi müayinə tətbiq olunur və bu müayinələr əsasən irsi, yoluxucu xəstəliklərin qarşısının alınmasına yönəlib. Lakin narkotik asılılığı kimi ailənin gələcəyinə, uşaqların sağlamlığına və sosial rifaha birbaşa təsir edən amil bu siyahıda yer almır. Bəs Türkiyədə formalaşan bu praktika Azərbaycanda da tətbiq oluna bilərmi?

TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.

Hazırladığımız videosorğunu təqdim edirik:

 

Xalidə Gəray
Hüseyn Muradbəyli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR