İnsanlara hürriyət, millətlərə istiqlal!

Elektron siqaret tamamilə QADAĞAN EDİLDİ - 17 min cərimə, 5 ilə qədər HƏBS...

1704 28.11.2025 12:52 Dünya A A

Özbəkistan prezidenti Şavkat Mirziyoyev ölkədə elektron siqaretlərin satışını qadağan edən qanunu imzalayıb.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.

Yeni qanuna əsasən, elektron siqaretlərin və onlar üçün mayelərin alınması, saxlanması, daşınması, istehsalı, idxalı və ixracı qadağan olunur.

Qanun pozuntusuna görə ciddi cəza tədbirləri nəzərdə tutulur. Belə ki, iri həcmdə və ya inzibati cəza aldıqdan sonra təkrar pozuntuya görə 300–500 baza hesab vahidi (10,3–17,2 min dollar) məbləğində cərimə, üç ilədək islah işləri və ya 3–5 il müddətinə azadlıqdan məhrumetmə tətbiq oluna bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR