İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəzarətdən çıxan dəhşətli yanğınlar: insanlar təxliyə edilir, ölənlər var!

412 26.07.2026 13:40 Hadisə A A

Avropanın iki böyük dövləti misli görünməmiş təbii fəlakətlə üz-üzə qalıb.

Musavat.com xəbər verir ki, Fransa və İspaniyada tüğyan edən kütləvi meşə yanğınları səbəbindən genişmiqyaslı humanitar böhran yaranıb. Hər iki ölkənin rəsmi qurumları Fransanın Bordo, İspaniyanın isə paytaxt Madrid ətrafı bölgələrində alovun yaşayış məntəqələrinə yaxınlaşması səbəbindən yeni təxliyə dalğası elan ediblər. Fransa mediasının yaydığı son məlumatlara görə, evlərindən təhlükəsiz yerlərə köçürülən insanların sayı artıq 300 min nəfəri ötüb. Eyni zamanda, İspaniyanın şərqində yerləşən Valensiya şəhəri yaxınlığında yanğınlar nəticəsində artıq bir nəfərin həyatını itirdiyi rəsmən təsdiqlənib.

Fəlakətin ən ağır vurduğu bölgələrdən biri olan Fransanın cənub-qərbindəki Jironda departamentində isə tamamilə külə dönmüş ərazilərin sahəsi sürətlə artaraq 42 min hektara çatıb.

Hazırda alovun qarşısını almaq üçün hər iki dövlətin minlərlə yanğınsöndürəni, xüsusi texnikası və təhlükəsizlik xidmətinin əməkdaşları fasiləsiz olaraq fövqəladə rejimdə mübarizəni davam etdirir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR