İnsanlara hürriyət, millətlərə istiqlal!

Çində qiyamət ssenarisi: Nəhəng tayfun ölkəni cəhənnəmə çevirdi, 700 mindən çox insan qaçır VİDEO

447 26.07.2026 11:24 Dünya A A

Asiyanın ən böyük dövlətlərindən olan Çin son illərin ən dəhşətli təbii fəlakətlərindən biri ilə mübarizə aparır.

Musavat.com xəbər verir ki, ölkənin cənub sahillərinə və Honkonqa sarsıdıcı zərbə vuran "Noul" tayfunu səbəbindən Quandun əyalətində 715 mindən çox insan təcili şəkildə təxliyə edilib.

"Nanfang Daily" qəzetinin yaydığı rəsmi məlumata görə, bəzi bölgələrdə küləyin sürəti saniyədə 45 metrə (saatda 162 kilometr) çatıb və bu qorxulu güc yaşayış məntəqələrini iflic vəziyyətinə salıb. Dəhşətli tufan və aramsız leysan yağışları Honkonqda da kütləvi aviareyslərin təxirə salınmasına səbəb olub.

Fəlakətin miqyası ilə əlaqədar Quandun əyalətinin 16 böyük şəhərində tayfun və daşqınlara qarşı ən yüksək hazırlıq rejimi elan edilib. Təkcə Xueyçou şəhərindən 205 min, Şanvey şəhərindən isə 190 mindən çox sakin təhlükəsiz yerlərə köçürülüb. Hazırda materikin daxilinə doğru irəlilədikcə gücünü itirən tayfunun törətdiyi dağıntıların miqyası dəqiqləşdirilir.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR