İnsanlara hürriyət, millətlərə istiqlal!

“Çox danışmaq onu yorur, sakitlik istəyir” – Ofeliya Sənaninin qızı

300 26.07.2026 12:47 Ölkə A A

“Anam bağda, mənim yanımdadır, istirahət edir. Havalar isti keçdiyi üçün onu buraya gətirdik”.

Bunu Musavat.com-a açıqlamasında Xalq artisti, tanınmış diktor Ofeliya Sənaninin qızı Lalə Sənani deyib. O bildirib ki, isti havalar diktorun təzyiqinə təsir edir:

“Təzyiqi gah düşür, gah qalxır. Ürəyi zəifdir. Çalışır ki, onu səs-küydən qoruyaq. Səhhəti ilə əlaqədar başı səs götürmür. Uzun müddət ünsiyyətdə ola bilmir. Çox danışmaq onu yorur. Anam günün yarısını yatır. Belə olanda toparlana bilir. Təzyiqin oynaması ona çox əziyyət verir”, -deyə Lalə Sənani bildirib.

O qeyd edib ki, diktor yalnız keçmiş günlərdən böyük həvəslə danışır.

Xatırladaq ki, 85 yaşlı Xalq artisti aylar öncə xəstəxanaya yerləşdirilmişdi. Həmin vaxt ona infarkt diaqnozu qoyulmuşdu.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR