İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Əsədov Qırğızıstan prezidenti ilə GÖRÜŞDÜ

607 18.09.2025 14:03 Siyasət A A

Bu gün Baş nazir Əli Əsədov Bişkek şəhərinə işgüzar səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş nazirlərinin/Vitse-prezidentinin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüşündə iştirak edib.

Bu barədə Musavat.com-a Nazirlər Kabinetindən xəbər verilib.

Qırğızıstan Prezidenti Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş nazirlərinin/Vitse-prezidentinin ilk görüşünün iştirakçılarını salamlayıb.

Ə.Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Qırğız Respublikasının Prezidenti Sadır Japarova çatdırıb.

Baş nazir həmçinin Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlıq əlaqələrinin gündəliyində duran aktual məsələlərə toxunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR