Ukraynanın Rusiyanın strateji enerji obyektlərinə endirdiyi zərbələrlə bağlı yeni məlumatlar ortaya çıxıb.
Musavat.com xəbər verir ki, Financial Times nəşrinin məlumatına görə, ABŞ Ukraynaya Moskva neft emalı zavoduna və Rusiya ərazisinin dərinliklərində yerləşən digər hədəflərə zərbələr üçün kəşfiyyat məlumatları təqdim edib.
Nəşr yazır ki, Ukrayna Silahlı Qüvvələrinin həyata keçirdiyi bəzi uzaqmənzilli əməliyyatlar ABŞ kəşfiyyatının dəstəyi ilə reallaşdırılıb.
Eyni zamanda, Qərb müttəfiqlərinin Vaşinqtonu Kiyevlə kəşfiyyat məlumatlarının paylaşılmasını davam etdirməyə çağırdığı bildirilir.
Bundan əvvəl Qərb mediasında ABŞ prezidenti Donald Trampın Ukraynanın Rusiya ərazisindəki hədəflərə endirdiyi zərbələrdən təsirləndiyi barədə məlumatlar yayılmışdı.
Məlumatlara görə, Tramp bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə söhbətində də danışıb.
Musavat.com






