İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Kərimli barədə qərar- daha 4 ay...

2222 09.02.2026 19:20 Ölkə A A

Səbail Rayon Məhkəməsinin bu gün verdiyi qərarla Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 4 ay uzadılıb.

Musavat.com xəbər verir ki, qərara əsasən, Əli Kərimli istintaq müddətində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılmağa davam edəcək.

Xatırladaq ki, Əli Kərimli 2025-ci il noyabrın 29-da hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Elə həmin tarixdə Səbail Rayon Məhkəməsi onun barəsində ilkin olaraq 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçib. Müdafiə tərəfinin apellyasiya şikayəti sonradan təmin edilməyib və həbs qərarı qüvvədə saxlanılıb.

İstintaq materiallarına əsasən, Əli Kərimli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə ittiham olunur. Həmin maddə hakimiyyəti zorla ələ keçirmə, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri nəzərdə tutur və ağır cinayətlər kateqoriyasına aid edilir. Cinayət işi üzrə istintaq DTX tərəfindən aparılır.

Məhkəmənin bugünkü iclasında istintaq orqanı həbs müddətinin uzadılmasını istintaq hərəkətlərinin hələ yekunlaşmaması, sübutların toplanmasının davam etdirilməsi və mümkün təsir riskləri ilə əsaslandırıb. Məhkəmə bu arqumentləri əsaslı hesab edərək həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə qərar qəbul edib.

Əli Kərimli və onun müdafiəçiləri irəli sürülən ittihamları qəbul etmir, həbsi siyasi motivli sayırlar. Müdafiə tərəfi məhkəmənin qərarından yuxarı instansiyalara şikayət veriləcəyini bildirib.

Beləliklə, hazırkı qərarla Əli Kərimli ən azı növbəti dörd ay ərzində istintaq təcridxanasında saxlanılacaq və cinayət işi üzrə istintaq davam etdiriləcək.

Məlumat üçün bildirək ki, Kərimli Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə ötən il noyabrın 29-da məsuliyyətə cəlb olunmuşdu. Onun həbs müddəti fevralın 13-də başa çatırdı.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR