İnsanlara hürriyət, millətlərə istiqlal!

"Əli Kərimli bu dəfə pis “yanıb” və yolun tam sonuna gəlib"

1649 29.11.2025 20:33 Gündəm A A

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və bir neçə partiya təmsilçisinin saxlanılması ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilib.

Cari ilin oktyabrında Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə əlaqədər başladılan istintaq hərəkətləri çərçivəsində Kərimli və onun ətrafı ilə bağlı başladılan proses, dindirmələr hər kəs tərəfindən yaxından izlənilir.

Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bu həbslərə təəccüblənmir:

Elşən Musayev: “Övladına desin ki, a bala, zalda görən kimi qabağına qaçma” | Modern.az

"Əli Kərimli ilə Ramiz Mehdiyev arasındakı əlaqələrin, məkrli işbirliyinin ifşası, açığa çıxması kimdəsə təəccüb, heyrət hissi yaratdımı? Şəxsən məndə, yox. Niyə? Çünki, bunların “paslaşması” və əlbir fəaliyyəti indinin yox, çoxdanın mövzusudur. Çünki bunlar ikisi də eyni bezin qırağı, eyni yuvanın quşlarıdır. Üzərlərində daşıdıqları genetik, rəqəmsal kodlarla, xəbis mahiyyətlə, yırtıcı niyyətlərlə bir-birini inanılmaz tamamlayırlar.
Yaramaz gədələr! Əxlaqsızlar! Xəyanətkarlar!

Yəqin, düşünürdünüz ki, Rusiya - Ukrayna müharibəsi bitəndən sonra şimal qonşumuz üzünü Qafqaz tərəfə çevirər və siz naqislər də həmin imkandan istifadə edib aranı qarışdırarsız, hə?!

Ay - hay! Qulağınızın dibini görərsiz. Hətta gördünüz!
İyrənc arzularınız, məkrli planlarınız da gömüldü getdi.
Özünüz tarixin zibilliyinə gömüldüyünüz kimi!

Ayrı vaxt Əli Kərimlinin dilindən dövlət və millət kəlmələri düşmürdü. Hətta mövcud iqtidarı da bir zamanlar dayanmadan ittiham edirdi ki, niyə Rusiyanın vasitəçiliyi ilə üçtərəfli saziş bağlamısınız, niyə sülhməramlıları ərazidən çıxarmırsınız, niyə şimal qonşumuzla münasibətləri tamam kəsmirsiniz və sair, ilaxır. Və...indi vəziyyətə, duruma, reallığa bir baxın: Görün, bu adamın yöndəmsiz, riyakar “kafa”sı kimin torbasından boylanır – Ramiz Mehdiyevin! O Mehdiyev ki, haralara “işlədiyi”, haralardan qidalandığı, məktub və digər vasitələrlə haralara ünvanlandığı artıq hər kəsə gün kimi aydındır!
Əlqərəz, Kərimli bu dəfə pis “yanıb” və yolun tam sonuna gəlib.

Ona görə də indi getsin, şizofren “dayı”sı ilə bərabər istintaqın suallarına cavab versin. Və verəcək! Verməlidir! Verməyə məhkumdur!

Eyni zamanda hesab edirəm ki, Ramiz Mehdiyevlə Əli Kərimlinin artıq heç kimdə şübhə doğurmayan əlaqələri tezliklə böyük bir şəbəkənin ifşasını sürətləndirəcək və sonucda bütün xəyanətkarların, riyakarların və vətən xainlərinin maskasını yırtacaq".

Cavanşir ABBASLI,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR