İnsanlara hürriyət, millətlərə istiqlal!

Əlikram Bayramovun qardaşı oğlu bir aydır itkin düşüb - VİDEO

1009 11.06.2025 17:39 Gündəm A A

Müğənni Əlikram Bayramovun qardaşı oğlu Rahid Bayramov itkin düşüb.

Bu barədə Xoşqədəm Hidayətqızının müəllifi olduğu “Səni axtarıram” verilişində bildirilib.

Belə ki, Ə.Bayramovun qardaşı Qafar Bayramov verilişə zəng edərək oğlunun mayın 8-dən itkin düşdüyünü deyib.

Onun sözlərinə görə, oğlu iki il bundan əvvəl də itkin düşüb, lakin 3 gün sonra yenidən evə qayıdıb.

R. Bayramov qeyd edib ki, oğlu 10 ildir Türkiyədə xarici gəmidə işləyir. Mayın 7-si Biləsuvardan Bakıya, qardaşıgilə gedib ki, sənədlərini düzəltsin, lakin ayın 8-dən ondan xəbər yoxdur.

Daha ətraflı süjetdə:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR