İnsanlara hürriyət, millətlərə istiqlal!

Elşən Orucov "Uzak şehir"in ulduzu ilə eyni layihədə - Foto

2605 09.06.2026 23:54 Şou-biznes A A

 TRT Tabii platformasında yayımlanan “Çırak” serialının ikinci mövsümü ilə bağlı yeni detallar açıqlanıb.

Musavat.com xəbər verir ki, iyunun 15-də çəkilişlərinə start veriləcək layihənin aktyor heyətində azərbaycanlı aktyor Elşən Orucovun da yer alacağı məlum olub.

Serialın baş rolunu canlandıran və ssenarisini Birol Tezcanla birlikdə yazan Ozan Akbabanın iştirakı ilə artıq oxuma məşqi keçirilib. İlk üç bölümü Kars şəhərində lentə alınacaq ekran işinin istehsalını "SO Medya"nın rəhbəri Serdar Öğretici həyata keçirəcək.

“Zamanı gəlmişlərin razılığı sorulmaz” şüarı ilə tamaşaçı qarşısına çıxacaq serialın rejissoru Ozan Uzunoğludur. Yeni mövsümdə Elşən Orucov “Elshan” obrazına həyat verəcək.

Layihədə Ozan Akbaba, Damla Sönməz, Ali Savaşçı, Gonca Cilasun, Barış Yalçın, Yunus Emre Özcan və Yunus Eski kimi tanınmış aktyorlar da rol alacaqlar.

Elşən Orucovun beynəlxalq layihədə yer alması azərbaycanlı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Könül
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR