ABŞ-ın İran hədəflərinə hücumları davam etdirmək üçün geniş seçimləri var və əməliyyatın müddəti xeyli uzadıla bilər.
Musavat.com xəbər verir ki, ABŞ vitse-prezidenti J.D.Vens bunu Fox News-a verdiyi müsahibədə deyib: "Prezident məqsədlərimiz barədə çox aydın danışıb: İran nüvə silahına sahib ola bilməz. İranın nüvə proqramını, eləcə də qüvvələrimizi təhdid edən müxtəlif raketləri pozmaq üçün daha böyük imkanlarımız var".
O, əlavə edib ki, ABŞ-ın "bir çox variantı var" və əməliyyat "bir az daha uzun" və ya "əhəmiyyətli dərəcədə uzun" çəkə bilər.
Musavat.com






