Netflix-də yayımlanan və böyük maraqla qarşılanan "Enfes Bir Akşam" serialının 2-ci mövsümünün çəkilişləri planlaşdırılan tarixdə başlamayacaq.
Hazırlıq prosesinin davam etməsi və platforma ilə aparılan danışıqların uzanması səbəbindən bu ay start götürməsi nəzərdə tutulan çəkilişlər avqust ayının ikinci həftəsinə təxirə salınıb.
Ssenarisi Meriç Acemi, rejissorluğu isə Uluç Bayraktar tərəfindən hazırlanan layihə Netflix-in ən qısa müddətdə ikinci mövsüm təsdiqi verdiyi seriallardan biri kimi diqqət çəkir.
Serial Baydemir və Bulut ailələrinin varisləri arasında bir malikanənin ələ keçirilməsi uğrunda mübarizənin zamanla sevgi hekayəsinə çevrilməsini ekranlaşdırır.
Baş rolları Aslı Enver və Engin Akyürek paylaşır. Aktyor heyətində həmçinin Dolunay Soysert, İsmail Demirci, Taro Emir Tekin, Zeynep Oymak, Serkan Altunorak, Sedef Avcı və Selin Şekerci yer alırlar.
Məlumata görə, yeni mövsümdə Dolunay Soysertin canlandırdığı Songül Bulut obrazına yeni tərəf müqabili qoşulacaq. Lakin bu rolu canlandıracaq aktyorun adı hələ açıqlanmayıb.
Səkkiz bölümdən ibarət olacaq ikinci mövsümün çəkilişlərinin təxminən 12 həftə ərzində tamamlanması planlaşdırılır.//Demokrat.az






