İranın nüvə proqramına hərbi həll yolu yoxdur.
Musavat.com xəbər verir ki, bu fikirləri İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin MSNBC telekanalına müsahibəsində səsləndirib.
“Bu, ötən il artıq təsdiqləndi… Onlar bizim nüvə proqramımızı məhv edə bilmədilər. Biz amerikalıları düşmən hesab etmirik. Düşmən hesab etdiyimiz, Amerika hökumətinin İrana qarşı siyasətidir. Bu düşmənçilik dayandırıldıqda isə fərqli münasibət qurmağı düşünə bilərik”, - deyə Əraqçi vurğulayıb.
Diplomat həmçinin qeyd edib ki, ABŞ Tehrandan uranın zənginləşdirilməsini tamamilə dayandırmağı tələb etməyib.
Musavat.com






