İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan CHP sədrini məhkəməyə verdi – 1 milyon təzminat TƏLƏB EDİR

685 14.08.2025 16:05 Siyasət A A

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özelə qarşı 1 milyon türk lirəsi (təxminən 24 500 dollar) məbləğində mənəvi təzminat tələbi ilə məhkəməyə müraciət edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Türkiyə dövlət başçısının vəkili Hüseyn Aydın sosial şəbəkədə yayıb.

İddia Ankara Birinci İnstansiya Mülki Məhkəməsində qaldırılıb.

Vəkilin sözlərinə görə, məhkəməyə səbəb Özelin 2025-ci il avqustun 13-də İstanbulun Bayrampaşa rayonunda keçirilən mitinqdə prezidentə qarşı səsləndirdiyi “əsassız ittihamlar”, eləcə də həmin gün mətbuata verdiyi açıqlamalar olub.

Bundan başqa, Özelə prezidenti təhqir etdiyinə görə Ankara Baş Prokurorluğunda cinayət işi də açılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR