İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan: I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil

655 29.06.2026 11:18 Son xəbər A A

Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda keçirilməsi təsadüfi seçim deyil.

Musavat.com xəbər verir ki, bu fikirlər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.

Türkiyə lideri bildirib ki, Azərbaycan bu gün də Türk dünyasının birliyinin və əməkdaşlığının möhkəmlənməsinə mühüm töhfələr verir.

Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, 1926-cı ildə keçirilən Birinci Türkoloji Qurultayda müzakirə olunan məsələlər bu gün də Türk dünyası üçün aktuallığını qoruyur.

O, eyni zamanda, müasir dövrdə türk dövlətləri arasında birlik, həmrəylik və dostluq münasibətlərinin daha da gücləndirilməsinin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR