İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan paradda şeir dedi - VİDEO

1040 08.11.2025 14:09 Ölkə A A

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfərin 5-ci ildönümü ilə bağlı keçirilən hərbi paradda Azərbaycan şairi Məmməd Arazın “Vətən! – desin” şeirini söyləyib.

Musavat.com-un məlumatına görə, Ərdoğan sözügedən şeirdən aşağıdakı bəndi səsləndirib:

“Bu gün gərək hər anımız – Vətən! – desin,

Qılıncımız, qalxanımız – Vətən! – desin...

Ölənlərin yerinə qalanımız - Vətən! – desin...

Vətən! - desin qəlbimizin hər duyğusu, hər vurğusu - Vətən! desin...

Fərqi yoxdur harda olaq, zamanımız, məkanımız - Vətən! - desin”.

Həmin görüntüləri təqdim edirik:

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR