Musavat.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Azərbaycanla strateji həmrəyliyinin dəyişməz olduğunu bildirib. O vurğulayıb ki, “Bir millət, iki dövlət” prinsipi Türkiyənin xarici siyasətinin əsas istiqamətlərindən biri olaraq qalacaq.
Ankarada, Cumhurbaşkanlığı Külliyəsində keçirilən Kabinə toplantısından sonra Prezident Ərdoğan çıxış edib.
Dövlət başçısı qeyd edib ki, Türkiyə 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin beşinci ildönümü münasibətilə keçirilən tədbirlərdə də Azərbaycanın yanında olub və bundan sonra da Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və iqtisadi inkişafın təmin edilməsinə dəstəyini davam etdirəcək.
Ərdoğanın sözlərinə görə, bölgədə davamlı sülhün bərqərar edilməsi həm Ankara, həm də Bakı üçün strateji prioritetdir.
Musavat.com






