İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərəb dövlətləri birgə müdafiə qüvvələrinin yaradılmasını müzakirə edirlər

494 16.03.2026 10:11 Dünya A A

Ərəb Dövlətləri Liqası (ƏDL) İranın Fars körfəzi ölkələrinə zərbələri fonunda ümumərəb hərbi kontingentinin yaradılması ideyasını araşdırır.

Musavat.com xəbər verir ki, məlumatı təşkilatın baş katibinin müavini Hüssam Zəki Misirin "Ash-Shorouq" portalına açıqlayıb: "Bu təşəbbüs bu yaxınlarda Misirdə yenidən ortaya çıxıb, çünki ilk dəfə 2015-ci ildə ümumərəb qüvvələrinin yaradılmasını təklif edən Misir prezidenti Əbdülfəttah əs-Sisi olub. ƏDL olaraq biz bu məsələni araşdırırıq və növbəti iclasda yenidən müzakirəyə çıxarmağa hazırıq".

Təşkilat rəsmisi qeyd edib ki, İranın ƏDL ölkələrinə davam edən zərbələri ərəb dövlətlərini birgə silahlı qüvvələrin yaradılmasını müzakirə etməyə sövq edib: "Hər bir ərəb dövlətinin təcavüzə uyğun hesab etdiyi və lazımi vaxtda cavab vermək üçün qanuni hüququ var və ƏDL bu hüququ tam dəstəkləyir".

Martın 15-də Misir xarici işlər naziri Bədr Əbdül Ata Əmirlik həmkarı Abdullah bin Zayed Əl Nəhyan ilə görüşündə İranın Fars körfəzindəki ərəb dövlətlərinə hücumlarının "müdafiə olunmaz" olduğunu bildirib. O, həmçinin BƏƏ-dəki həmkarına "bütün ərəb ölkələri üçün kollektiv təhlükəsizlik konsepsiyasını birgə hazırlamağı" təklif edib, lakin bunun nəyi nəzərdə tutduğunu dəqiqləşdirməyib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR