İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni revanşist Paşinyanın şousuna belə reaksiya verdi

1402 29.12.2025 19:00 Region A A

Ermənistan Milli Konqresinin (ANK) baş nazirliyə namizədi Levon Zurabyan sosial şəbəkələrdə yayılan və hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvlərinin əyləncə görüntülərini əks etdirən videoya münasibət bildirib.

Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Zurabyan feysbuk səhifəsində paylaşdığı açıqlamada illərlə baş verən ağır hadisələr fonunda bu cür davranışların cəmiyyətdə ciddi narazılıq doğurduğunu iddia edib. O, müharibə nəticəsində minlərlə insanın həyatını itirdiyini, Qarabağın Ermənistan üçün itirildiyini qeyd edib.

Erməni müxalif siyasətçiyə görə, belə bir şəraitdə hakimiyyət nümayəndələrinin ictimaiyyətə nümayişkaranə şəkildə əyləncə görüntüləri paylaşması etik baxımdan qəbuledilməzdir.

Zurabyan öz paylaşımında bu davranışı “misli görünməmiş siyasi və mənəvi laqeydlik” kimi xarakterizə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR