Noyabrın 27-də İrəvanda Konstitusiya İslahatları Şurasının keçirilib.
Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, iclasa ədliyyə naziri Srbuhi Qalyan sədrlik edib. Bildirilir ki, Şura üzvləri prokurorluq və istintaq orqanları haqqında müddəaları müzakirə ediblər. Nazir müzakirə müddətini açıqlayarkən konstitusiyaya dəyişikliklər üçün son tarixi də qeyd edib: “Ədliyyə Nazirliyinin üzərinə götürdüyü öhdəliyi, yəni mətnin hazırlanması və onun hazırlanması üçün vaxt çərçivəsini bir daha təsdiqləmək istərdim. Xüsusilə bu öhdəlik Konstitusiyanın yeni mətninin mart ayına qədər hazır olmasını nəzərdə tutur. Bu gün prokurorluq və istintaq orqanları ilə bağlı müddəaları müzakirə edəcəyik".
Musavat.com






