İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan və NATO əməkdaşlığı genişləndirir-İrəvanda yüksək səviyyəli görüş keçirildi

540 01.12.2025 15:55 Dünya A A

Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Safaryan BMT Baş katibinin NATO üzrə “Qadınlar, Sülh və Təhlükəsizlik” məsələləri ilə əlaqədar xüsusi nümayəndəsi İren Fellinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Musavat.com xəbər verir ki, bu barədə yerli KİV-lər Ermənistan XİN-ə istinadən məlumat yayıb.

Görüşdə Ermənistan–NATO münasibətlərinin hazırkı gündəliyi və gələcək inkişaf perspektivləri müzakirə olunub. Tərəflər BMT Təhlükəsizlik Şurasının “Qadınlar, Sülh və Təhlükəsizlik” mövzusunda 1325 saylı qətnaməsinin icrası və Ermənistanın üçüncü Fəaliyyət Planı barədə fikir mübadiləsi aparıblar.

Hər iki tərəf Ermənistanın NATO ilə əməkdaşlığının dərinləşdirilməsi istiqamətində birgə səyləri davam etdirməyə hazır olduqlarını bəyan edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR