İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistana taxıl yolu Bakından keçir –tranzitlə yeni partiyalar gedəcək

711 15.12.2025 13:19 Son xəbər A A

Ermənistan yaxın günlərdə yeni taxıl partiyalarını Azərbaycan və Gürcüstan ərazisindən tranzitlə qəbul edəcək.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Gevork Papoyan açıqlama verib.

Nazirin sözlərinə görə, yüklər artıq yoldadır, lakin İrəvana dəqiq çatdırılma tarixləri və taxılın hansı ölkələrdən gətirildiyi barədə məlumatlar daha sonra açıqlanacaq. Papoyan bildirib ki, bu detallar logistika prosesi tamamlandıqdan sonra ictimaiyyətə təqdim ediləcək.

Nazir Azərbaycandan neft məhsullarının tədarükü ehtimalı ilə bağlı suala da münasibət bildirib. Onun sözlərinə görə, bu mövzuda yalnız faktiki çatdırılmadan sonra rəsmi məlumat veriləcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR