İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda casusluq işi: Qalstyan 18 il həbs cəzası aldı

533 17.12.2025 01:23 Dünya A A

Ermənistanda casusluqda ittiham olunan şəxs barəsində məhkəmə hökmü çıxarılıb.

Musavat.com xəbər verir ki, Ermənistan məhkəməsi “Sarxani” ləqəbi ilə tanınan Sargis Qalstyanı Azərbaycan xeyrinə casusluqda təqsirli bilib və onu 18 il müddətinə azadlıqdan məhrum edib.

İstintaq materiallarında qeyd olunur ki, Qalstyan 2018–2023-cü illər ərzində Azərbaycan xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıq edib. Onun hərbi-siyasi xarakterli məlumatlar topladığı və ötürdüyü, Qarabağ bölgəsindəki vəziyyətlə bağlı informasiyalar təqdim etdiyi bildirilib.

Məlumata görə, Qalstyan xüsusilə 2020-ci il müharibəsi zamanı və ondan sonrakı dövrdə əldə etdiyi məlumatları qarşı tərəfə ötürüb.

Məhkəmənin qərarında vurğulanıb ki, ötürülən informasiyalar Ermənistanın milli təhlükəsizliyinə ciddi zərər vurub. Hakimlər casusluq fəaliyyətinin uzunmüddətli, sistemli və məqsədli xarakter daşıdığını əsas gətirərək ağır cəza hökmü çıxarıblar. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR