İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda deputat işi: rüşvət, karantin və kütləvi ixrac

378 12.12.2025 19:12 Dünya A A

Ermənistanda müxalif deputat Ovik Ağazaryanla bağlı cinayət işi məhkəməyə verilib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, prokuror istintaqın müəyyən etdiyi detalları açıqlayıb.

İstintaq zamanı məlum olub ki, deputat karantin tətbiq edilmədən 150–200 min baş xırdabuynuzlu heyvanın ixracına icazə verilməsi üçün 200 min dollar, eləcə də məktəbə məxsus ərazidə çoxmənzilli binanın tikintisinə icazə üçün 23 min dollar tələb edib.

Qeyd edək ki, Ovik Ağazaryan vaxtilə hakim “Vətəndaş sazişi” partiyasının üzvü olub. Daha sonra o, partiya sıralarından xaric edilib. Erməni deputat sonrada müxalifətin sıralarına keçdiyini bəyan edib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR