İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda hakim partiyaya yaxın şirkətə milyonluq sifarişlər verildi

642 12.05.2026 13:46 Region A A

Ermənistanda hakim Vətəndaş Müqaviləsi Partiyasına yaxınlığı ilə tanınan şəxslə əlaqəli şirkətin dövlət sifarişləri aldığı barədə yeni iddialar ortaya çıxıb.

Musavat.com xəbər verir ki, “Hraparak” qəzeti Araqatsotn vilayət administrasiyasının “Şineksprt” MMC ilə uşaq bağçalarının tikintisinə nəzarətlə bağlı beş müqavilə imzaladığını yazıb.

Məqalədə qeyd olunur ki, bütün müqavilələr eyni gündə – mayın 5-də bağlanıb və tender keçirilmədən, bir mənbədən satınalma proseduru ilə rəsmiləşdirilib. Müqavilələrin ümumi dəyərinin təxminən 7 milyon dram olduğu bildirilir.

“Şineksprt” şirkətinin 2010-cu ildə memar Suren Abovyan tərəfindən yaradıldığı qeyd olunur. Abovyan 2016-cı ildən Vanadzorun baş memarı vəzifəsini tutur. Məqaləyə görə, o, vəzifəyə təyin olunandan bir il sonra şirkətin idarəçiliyindən formal şəkildə çıxaraq səhmlərin hamısını şirkət əməkdaşlarının adına keçirib. Bununla belə, qəzet iddia edir ki, şirkətdə onun xəbəri olmadan heç bir qərar qəbul edilmir.

“Hraparak” yazır ki, xüsusilə Nikol Pashinyan hakimiyyəti dövründə şirkət Vanadzor meriyasının sifarişi ilə uşaq bağçalarının tikintisinə müəllif nəzarəti həyata keçirib. İndi isə fəaliyyət coğrafiyasını genişləndirərək Araqatsotn vilayətində də analoji xidmətlər göstərməyə başlayıb.

Məqalədə diqqət çəkən məqamlardan biri də budur ki, vilayət administrasiyası daha əvvəl həmin şirkətlə heç bir müqavilə bağlamayıb. Qəzet Suren Abovyanın siyasi simpatiyalarının sosial şəbəkələrdə açıq göründüyünü də vurğulayır. Bildirilir ki, o, “Vətəndaş Müqaviləsi”ndən olan Araqatsotn qubernatoru Aren Mkrtçyaın paylaşımlarını aktiv şəkildə paylaşır, hakim partiya nümayəndələrinin materiallarını dəstəkləyir və sosial şəbəkələrdə hakimiyyətin xeyrinə şərhlər yazır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR