İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda müəmma: Köçəryan ölkəni tərk etdi

5320 14.06.2026 19:17 Siyasət A A

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın ölkədən müvəqqəti ayrılması siyasi dairələrdə yeni müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, “Ermənistan” blokunun mətbuat xidməti Robert Köçəryanın 3 günlük şəxsi səfərlə ölkədən getdiyini açıqlayıb. Bildirilib ki, indiyədək blok rəhbərinin səfərləri barədə əvvəlcədən məlumat verilməyib, lakin son vaxtlar müxalifət nümayəndələrinin xarici səfərləri ilə bağlı hakimiyyət tərəfindən yayıldığı iddia edilən məlumatlar səbəbindən bu dəfə istisna edilib.

Açıqlamada vurğulanıb ki, Köçəryanın səfəri şəxsi xarakter daşıyır və bununla bağlı müxtəlif versiyaların yayılmasının qarşısını almaq məqsədilə ictimaiyyət əvvəlcədən məlumatlandırılıb.

Qeyd edək ki, son günlər Ermənistan müxalifətinin tanınmış simalarının ölkədən çıxışı ətrafında qalmaqallar yaşanır. Daha əvvəl “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyanın İrəvandakı Zvartnots hava limanında ölkədən çıxışına icazə verilmədiyi bildirilmişdi. Ardınca isə “Güclü Ermənistan” blokunun seçki siyahısına rəhbərlik edən Narek Karapetyanın da Yuxarı Lars sərhəd-keçid məntəqəsindən buraxılmadığı açıqlanmışdı.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR