İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda müxalifət parlamentin iclasını boykot etdi

410 23.01.2026 14:13 Region A A

Ermənistanda parlament müxalifətinin bir hissəsi, xüsusilə “Ermənistan” bloku parlamentin növbədənkənar iclasını boykot edib.

Musavat.com xəbər verir ki, həmin iclasda Seçki Məcəlləsinə (Konstitusiya Qanunu) dəyişiklik və əlavələr edilməsi ilə bağlı qanun layihəsi müzakirə olunur.

Qanun layihəsində nəzərdə tutulan əsas dəyişikliklər seçkilər zamanı müşahidəçi missiyalarının fəaliyyəti ilə bağlıdır.

“Ermənistan” müxalif blokunun parlament fraksiyasının katibi Artsvik Minasyanın sözlərinə görə, parlamentə təqdim edilən bu qanun layihəsi hakim “Vətəndaş müqaviləsi” partiyasının yalnız bir konkret şəxsin maraqlarına xidmət etmək üçün yaradıldığını açıq şəkildə göstərir. O bildirib ki, həmin şəxsdə diktatorluq meyilləri də mövcuddur.

Bu arada, əsasını Ermənistan Respublika Partiyasının üzvlərinin təşkil etdiyi “Şərəfim var” fraksiyası iclas zalında qalıb və hazırda müzakirələrdə iştirak edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR