Ermənistan parlamentinin deputatı və baş nazir Nikol Paşinyanın qaynı Qraçya Akopyan “88” supermarketləri ilə bağlı yayılan iddialara münasibət bildirib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Akopyan bacısı Anna Akopyanın paylaşımının “bir qədər gecikmiş olsa da, doğru addım” olduğunu deyib.
Jurnalistlərlə söhbətində Akopyan bildirib ki, son dövrlər “88” supermarket şəbəkəsinin guya Anna Akopyan və ya onunla əlaqəli olması ilə bağlı həddindən artıq çox söz-söhbət yayılıb:
“Bu məsələ ilə bağlı çox danışılırdı. Düşünürəm ki, bu paylaşım bir az gec gəldi. Açığı, mən də bu mövzunu qaldırmağı düşünürdüm, amma ona ciddi məna vermək istəmirdim. Fikirləşirdim ki, indi danışırlar, zamanla keçib gedər. Amma gördük ki, həddindən artıq danışılır”.
Qraçya Akopyan əlavə edib ki, yayılan şayiələrin səbəbi sadəcə onun bacısının baş nazirin həyat yoldaşı olmasıdır:
“Əgər Ermində baş nazirin həyat yoldaşı olsaydı, eyni şəkildə onunla da bağlayardılar. Səbəb budur”.
Xatırladaq ki, günün əvvəlində Anna Akopyan “88” supermarketləri ilə əlaqəsinin olmadığını bəyan etmişdi. O qeyd etmişdi ki, ailəsi artıq 20 ildir başqa supermarket şəbəkələrindən alış-veriş edir və “88” mağazaları ilə heç bir bağlılığı yoxdur. Akopyan həmçinin bildirmişdi ki, onun adını daşıyan istənilən biznesi boykot etmək lazımdır, çünki bu cür iddialar əsassızdır.
Musavat.com






