İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın sabiq naziri Vaşinqtonda SƏFİR OLDU

664 27.08.2025 17:13 Siyasət A A

Ermənistan prezidenti Vahan Xaçatryanın sərəncamı ilə Lilit Makunts Ermənistanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, erməni prezidentin digər sərəncamı ilə Ermənistanın ABŞ-dakı yeni səfiri kimi Narek Mkrtçyan təyin edilib.

Qeyd edək ki, bu gün Narek Mkrtçyan əmək və sosial məsələlər naziri postundan azad olunub.

Onun yerinə isə hakim “Vətəndaş sazişi” partiyasının sabiq deputatı Arsen Torosyan nazir təyin edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR