Türkiyəli məşhur aktyor Barış Arduç həyat yoldaşı Gupse Özayın “Ərim üzük taxmaya bilər, ən yaxın dostu qarşı cinsdən ola bilər” açıqlamasına münasibət bildirib.
Musavat.com xəbər verir ki, Barış Arduçla evli olan aktrisa Gupse Özay rol aldığı layihələrdə həyat yoldaşına ən çox yaraşdırdığı tərəf-müqabilin Hande Erçel olduğunu söyləmişdi. Ötən axşam “Stella” brendinin tədbirində görüntülənən Arduça bu açıqlama xatırladılıb.
Məşhur aktyor məsələyə belə münasibət bildirib: “Mən heç kimi ayırmıram. Hamısı anlaşıb sevdiyim dostlarımdır. Son 1-2 ildə Hande ilə çox intensiv işləmişik. Belə bir uyğunluğun olması qaçılmazdır. Yaxşı anlaşmasaq, necə birgə işləyərik? Yəqin ki, həyat yoldaşım da buna görə belə deyib. Amma hamısı mənim üçün çox dəyərlidir. Hande də daxil.”
Barış Arduç Gupse Özayın üzük və qarşı cinslə dostluqla bağlı sözləri xatırladıldıqda əvvəlcə gülümsəyərək üzüyünü taxıb-taxmadığını yoxlayıb, sonra isə belə deyib:
“Bunlar münasibətin çölə yansıyan tərəfləridir. Adət-ənənə ayrı məsələdir. Bir-birini tanıyan və güvənən cütlüklər üçün bu qədər önəmli olmamalıdır. Bizim peşəmiz də hamıya məlumdur. Ona görə üzük sadəcə bir simvoldur. Güvən olduğu müddətdə — Allah nəzərdən qorusun — nə üzük, nə də dostluqlar münasibətə problem yaradar.”
Könül
Musavat.com






