Sentyabrın 26-da Yalovanın Çınarcık məhəlləsində 5-ci mərtəbədəki mənzilinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən tanınmış sənətçi Güllünün (Gül Tut) ölümü ilə bağlı aparılan istintaq genişləndirilib.
Musavat.com xəbər verir ki, Bursa Məhkəmə Tibbi Ekspertizasının ilkin nəticələrindən sonra iş üzrə ikinci prokuror təyin edilib.
Bununla da istintaqı aparan Sevgi Başkayanın yanına daha bir prokuror əlavə olunaraq iş iki prokuror tərəfindən paralel şəkildə izlənməyə başlanıb.
Məlumata əsasən, qarşıdakı günlərdə işə daxil ediləcəyi gözlənilən ətraflı ekspertiza hesabatı hadisənin ən çox müzakirə olunan “Qəza idi, yoxsa kimsə tərəfindən itələnib?” sualına cavab tapmağa kömək edəcək.
Musavat.com






