Məşhur sənətçi Alişan faciəvi şəkildə ölən müğənni Gül Tutla (Güllü) bağlı paylaşım edib.
Musavat.com xəbər verir ki, Alişan Güllünün bir televiziya proqramında söylədiyi sözlərdən ibarət görüntünü bölüşüb.
Videoda Güllü aparıcının “Sağ ikən çox az qonorarla səhnəyə çıxırlar. Allah qorusun, vəfat edəndən sonra filmləri çəkilir və böyük gəlir əldə olunur” fikirlərinə belə cavab verib:
“Bunu mən də gözləyirəm. Heç olmasa öləndən sonra övladlarıma faydası olsun”.
Proqram zamanı aparıcılar “Allah qorusun, Güllü, sən hələ çox gəncsən” deyərək narahatlıqlarını bildirərkən Güllünün söylədiyi bu sözlər ürəkləri dağlayıb:
“Allah nə yazıbsa, onu yaşayacağıq. Amma yenə də deyirəm, biz sağ ikən qədrimizi bilin. Biz öldükdən sonra “rəhmətlik çox gözəl oxuyurdu, belə idi, elə idi” deyilsə də, artıq çox gec olur. Qədrimizi sağ ikən bilək”.
Qeyd edək ki, sentyabrın 26-da Yalovanın Çınarcık məhəlləsində 5-ci mərtəbədəki mənzilinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən tanınmış sənətçi Güllünün qızı Tuğyan Ülkem Gülter dünən saxlanılıb.
Musavat.com






