Bu gün İran dövlət televiziyası Tehrandakı "Xomeyni" kompleksində keçirilən Əli Xameneyinin anım mərasimindən görüntülər yayımlayıb.
Musavat.com xəbər verir ki, kadrlarda İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın da mərasimə qatıldığı görünür.
Bu, “The New York Times” qəzetinin anonim mənbələrə istinadən dərc etdiyi və Əhmədinejadın Mossadla əlaqələri olduğu, habelə onun hakimiyyət dəyişikliyindən sonra İranda rol alması üçün cəlb edilməyə çalışıldığı barədə iddialardan sonra onun ilk dəfə ictimaiyyət arasında görünməsi kimi qiymətləndirilir.
Məlumata görə, Əhmədinejad mərasimdən öncə də Əli Xameneyinin vəfatı ilə əlaqədar başsağlığı mesajı yayımlayıb.
Qeyd edək ki, Əhmədinejadın ofisi daha əvvəl “The New York Times” qəzetində yer alan iddiaları təkzib edərək onları əsassız adlandırmışdı.
Musavat.com






